Bu ölkə 400 min avroya “qızıl viza” verəcək

18-10-2025, 13:51 118 dəfə baxılıb

 

Rumıniya parlamentində xarici sərmayələrin təşviqinə yönəlmiş “qızıl viza” proqramına dair qanun layihəsi müzakirəyə təqdim olunub.


“Yenisirvanli.info.az”ın məlumatına görə, layihə Avropa İttifaqı xaricindən olan vətəndaşlara ölkədə ən azı 400 min avro məbləğində sərmayə yatırmaqla 5 illik müvəqqəti yaşayış icazəsi verilməsini nəzərdə tutur.


Sərmayə müxtəlif sahələrə — dövlət istiqrazları, daşınmaz əmlak və şirkət səhmlərinə yönəldilə bilər. Proqrama əsasən, vəsait azı 5 il müddətində ölkədə saxlanmalıdır.


Müraciət edən şəxslərin investisiyanın qanuni mənbədən əldə edildiyini sübut etməsi, cinayət keçmişinin olmaması və milli təhlükəsizlik üçün risk yaratmaması tələb olunur. Yaşayış icazəsi həmçinin investorların ailə üzvlərini də əhatə edəcək.


Qanun layihəsi hazırda ilkin mərhələdədir. Qəbul olunduğu halda, Rumıniya 2026-cı ildən etibarən “qızıl viza” proqramını tətbiq etməyi planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031