Almaniya Gürcüstandakı səfirini geri çağırır

19-10-2025, 18:22 94 dəfə baxılıb

 

Almaniya Gürcüstandakı səfiri Peter Fişeri geri çağırmaq qərarına gəlib.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında bəyanat yayıb.


"Gürcüstan rəhbərliyi aylardır Avropa İttifaqına və şəxsən Almaniya səfirinə qarşı nifrəti qızışdırır. Buna görə də məsləhətləşmələr və gələcək addımları müzakirə etmək üçün Fişerin geri çağırılması qərara alınıb", - deyə bəyanatda vurğulanır.


Nazirlikdən bildiriblər ki, oktyabrın 20-də Avropa İttifaqı Şurası bu vəziyyəti nəzərdən keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031