Hindistan Rusiyadan neft almağa davam edəcəkmi? - Tramp Modinin qərarını açıqladı

22-10-2025, 15:49 101 dəfə baxılıb

 

Hindistan Rusiyadan neft alışını məhdudlaşdıracaq.


Yenisirvanli.info.az -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.


Tramp Hindistanın Baş naziri Narendra Modi ilə bununla bağlı danışdığını deyib. Söhbətin əsas mövzusu isə ticarət olub, prezidentlər, həmçinin enerji məsələsinə də toxunublar.


"Modi Rusiyadan çoxlu neft almaq niyyətində deyil", - deyə Tramp vurğulayıb.


Agentliyin qeyd etdiyi kimi, Hindistan və Çin dəniz yolu ilə daşınan Rusiya neftinin iki ən böyük alıcıları olaraq qalırlar.


Həmçinin oktyabrın 20-də Tramp bəyan etmişdi ki, Nyu-Delhi Rusiya neftini almağı dayandırmasa, "külli miqdarda rüsumlar" ödəməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031