“Onlarla zarafat etmək olmaz”

3-11-2025, 11:33 130 dəfə baxılıb

 

“Bu insanlarla zarafat etmək olmaz”.


“Yenisirvanli.info.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinə qarşı münasibətini şərh edərkən bildirib.


“Hər ikisi sərtdir. Hər ikisi ağıllıdır. Hər ikisi çox güclü liderdir. Bu insanlarla zarafat etmək olmaz. Onlara çox ciddi yanaşmaq lazımdır. Onlar gəlib “Ah, necə gözəl gündür? Baxın necə gözəldir. Günəş parlayır, necə də əladır” deyən insanlardan deyillər. Onlar ciddi insanlardır. Onlar sərt və ağıllı liderlərdir”, - o, jurnalistin kiminlə əlaqə saxlamağın daha çətin olması ilə bağlı sualını cavablandırarkən deyib.


Tramp həmçinin Putin üçün Alyaskada qırmızı xalça açılması ilə bağlı sualı da cavablandırıb.


“Mən hamı üçün qırmızı xalça açıram”, - deyə ABŞ lideri söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031