ABŞ Macarıstana bir il möhlət verdi: Rusiyadan neft və qaz ala bilər

13-11-2025, 11:48 119 dəfə baxılıb

 

ABŞ Rusiyadan neft və qazın satın alınması ilə bağlı sanksiyalarda Macarıstan üçün istisna edib.


Yenisirvanli.info.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Kanadada Yeddilər Qrupunun (G7) xarici işlər nazirlərinin iclasının yekunlarına əsasən jurnalistlərə müsahibəsində bildirib.


"Söhbət bir il möhlətdən gedir. Rusiyadan neft və qazın satın alınmasından imtina olunması Macarıstanın iqtisadiyyatına böyük zərbə vurar", - deyə Rubio qeyd edib.


Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də bildirib ki, ABŞ "Türk axını" və "Dostluq" neft kəmərləri vasitəsilə Rusiyadan enerjidaşıyıcılarının tədarükü ilə bağlı məhdudiyyətlərdən Budapeşti azad edib. O, həmçinin nüvə yanacağının alınması və ABŞ-nin "Westinghouse" şirkəti ilə əməkdaşlıq barədə razılaşmalardan danışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031