“Sülh planını bəyənməyən yeganə şəxs Zelenskidir”

12-12-2025, 10:46 110 dəfə baxılıb

 

“Vaşinqtonun müharibəyə son qoymaq planını bəyənməyən yeganə şəxs Volodimir Zelenskidir”.


“Yenisirvanli.info.az” UNİAN-a istinadən xəbər verir ki, bu iddianı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.


O, Vaşinqtonun həm Moskva, həm də Kiyevlə razılaşmalara yaxın olduğunu deyib: “Düşünürdüm ki, Rusiya, Ukrayna ilə razılaşmaya çox yaxınıq. Əslində, prezident Zelenski istisna olmaqla, onun komandası bu razılaşmanın konsepsiyasından çox məmnun idi”.


Dövlət başçısı təklif etdikləri planın ərazilərin bölünməsini nəzərdə tutduğunu və bunun danışıqları çətinləşdirdiyini qeyd edib. 


Tramp diplomatik səyləri öz biznes təcrübəsi ilə müqayisə edərək vurğulayıb ki, Ukraynada müharibəyə son qoymaq daşınmaz əmlak üzrə sövdələşmə əldə etməkdən “min dəfə daha çətindir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031