Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməni bombaladı

30-12-2025, 09:32 112 dəfə baxılıb

 

Səudiyyə Ərəbistanı Yəmənin Məkəlla liman şəhərinə hava zərbələri endirib.


“Yenisirvanli.info.az” AP-yə istinadən xəbər verir ki, Riyad hücumun səbəbi kimi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) separatçı qüvvələr üçün göndərildiyi iddia edilən silah yüklərini göstərib.


BƏƏ zərbə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


Hücum Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (STC) separatçı qüvvələri arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda, bu addım on ildən artıqdır davam edən Yəmən müharibəsində İranın dəstəklədiyi husilərə qarşı fərqli tərəfləri dəstəkləyən Riyad və Əbu-Dabi arasındakı münasibətləri daha da gərginləşdirir.


Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib. Səudiyyə ordusu zərbənin gecə saatlarında endirildiyini və mülki obyektlərə zərər dəyməməsi üçün tədbirlər görüldüyünü açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031