Çin ABŞ-yə müraciət etdi

4-01-2026, 12:17 149 dəfə baxılıb

 

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək, Venesuela lideri Nikolas Maduronun azad edilməsini istəyib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.


“Çin ABŞ-ni Prezident Nikolas Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır”, - deyə məlumatda bildirilir.


Çin Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Vaşinqtonun hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, habelə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031