Ukrayna BMT TŞ-nin təcili iclasını çağırdı

9-01-2026, 16:38 195 dəfə baxılıb

 

Ukrayna Rusiyanın Lvov vilayətinə “Oreşnik” ballistik raketi ilə zərbə endirməsindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.


“Yenisirvanli.info.az” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatında bildirilib.


Onun sözlərinə görə, mülki bölgələrə ballistik raketlərlə zərbə endirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Sibiqa Rusiyanın buna görə məsuliyyətə cəlb edilməli olduğunu söyləyib.


“Rusiya Lvov vilayətinə qarşı “Oreşnik” ballistik raketindən istifadə edib. Biz BMT Təhlükəsizlik Şurasının və Ukrayna-NATO Şurasının iclasını çağırırıq. Bu terror aktı cəzasız qalmamalıdır”, - XİN başçısı əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031