ABŞ İŞİD üzvü olan məhbusları İraqa köçürməyə başladı

22-01-2026, 18:15 225 dəfə baxılıb

 

ABŞ ordusu Suriyanın şimal‑şərqində həbsdə olan İŞİD üzvlərinin İraqa köçürülməsinə başlayıb.


“Yenisirvanli.info.az” “Reuters”ə istinadən xəbər verir ki, ilk mərhələdə 150 məhbusun köçürülməsi həyata keçirilib.


Məlumata görə, ümumilikdə 7 000 nəfərədək məhbusun İraqa daşınması planlaşdırılır.


Bu qərarın Suriya hökumətinin bölgədə nəzarəti təmin etməsi və məhbusların qaçmaq riski səbəbilə qəbul edildiyi bildirilir. Belə ki, bir neçə gün öncə atəşkəs çərçivəsində geri çəkilən Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətsiz qoyduğu “Şəddadi” həbsxanasında saxlanılan təxminən 200 nəfər İŞİD üzvü qaçmağa nail olsa da, onların bir çoxu ələ keçirilərək geri qaytarılıb.


Suriya həbsxanalarında ümumilikdə 10 mindən çox İŞİD üzvünün saxlanıldığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031