Zelenski Tixanovskaya ilə görüşdü - Foto

26-01-2026, 17:48 352 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.


“Yenisirvanli.info.az” “Delfi”yə istinadən xəbər verir ki, siyasətçilərin ilk görüşü Litvanın paytaxtı Vilnüs şəhərində keçirilib.


Məlumata görə, görüş zamanı Zelenski Ukrayna, Tixanovskaya isə Belarus dilində danışıblar. Tixanovskaya belarusca danışarkən bəzən Ukrayna dilindəki sözlərdən istifadə etdiyini etiraf edib.


“Belaruslu siyasətçi və prezidentliyə keçmiş namizəd demokratik Belarusa dəstəyinə görə Zelenskiyə təşəkkür edib”, - nəşr yazıb.


V.Zelenski isə S.Tixanovskayanı Kiyevə səfərə dəvət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031