Tramp onlara xəbərdarlıq etdi - “Nəzarəti itirə bilərik”

27-01-2026, 18:41 344 dəfə baxılıb

 

“Bu il keçiriləcək ara seçkilərdə Respublikaçılar Partiyası Konqres üzərində nəzarəti itirə bilər”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp WABC radiosuna verdiyi müsahibədə danışıb.


O, ABŞ-nin siyasi tarixinə və statistik göstəricilərə istinad edərək, adətən, prezident seçkilərində qalib gələn partiyanın ara seçkilərdə məğlubiyyətlə üzləşdiyini etiraf edib. Prezident, həmçinin xəbərdarlıq edib ki, əgər Respublikaçılar Konqresdəki üstünlüklərini itirsələr, Demokratlar ona qarşı yenidən impiçment prosesinə başlamağa çalışacaqlar.


Xatırladaq ki, 3 noyabr 2026-cı il tarixinə planlaşdırılan ara seçkilər 120-ci ABŞ Konqresinin tərkibini müəyyən edəcək. Hazırda Respublikaçılar həm Senatda (53 yer), həm də Nümayəndələr Palatasında (218 yer) cüzi fərqlə çoxluğa sahibdirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031