Azarkeşlər Fransaya yollanarkən faciəvi şəkildə öldülər - Video

28-01-2026, 08:22 327 dəfə baxılıb

 

Rumıniyanın Timişoara şəhəri yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ən azı yeddi PAOK azarkeşi həyatını itirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, faciə Serbiya sərhədindən təxminən 60 kilometr məsafədə qeydə alınıb.


Məlumata əsasən, Saloniki təmsilçisinin azarkeşləri cümə axşamı günü Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Olimpik Lion”la keçiriləcək oyun üçün Fransaya yola düşüblər.


Lakin səfər faciə ilə nəticələnib.


İlkin məlumata görə, azarkeşləri daşıyan nəqliyyat vasitəsi hərəkət zamanı əks zolağa çıxaraq yük maşını ilə toqquşub.


Qəzanın dəqiq səbəbləri hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031