İran Aİ ölkələrinin ordularını terror təşkilatı kimi tanıdı

1-02-2026, 16:43 409 dəfə baxılıb

 

İran hökuməti Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasına cavab olaraq, 2019-cu il tarixli "Cavab tədbirləri haqqında" qanunun 7-ci bəndinə əsasən, Aİ ölkələrinin silahlı qüvvələrini terror strukturları kimi tanıyıb.


Yenisirvanli.info.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib.


Qeyd olunan qanun 28 aprel 2019-cu il tarixində ABŞ-nin SEPAH-ı terror strukturu kimi tanıyan ilk ölkə olması ilə əlaqədar cavab tədbirləri çərçivəsində qəbul edilib.


Qanunun 7-ci bəndində deyilir: "ABŞ-nin SEPAH-ı terror təşkilatı elan etmək qərarını hər hansı şəkildə dəstəkləyən və ya ona əməl edən bütün ölkələr cavab tədbirlərinə məruz qalacaqlar".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031