Mark Rutte Kiyevdə Zelenski ilə görüşdü

3-02-2026, 15:51 443 dəfə baxılıb

 

NATO-nun baş katibi Mark Rutte Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ukrayna lideri “X” hesabında paylaşım edib.


Zelenski Rutte ilə birlikdə müharibədə həlak olmuş Ukrayna vətəndaşlarının xatirəsinə ucaldılmış memorialı ziyarət etdiklərini bildirib.


NATO-nun baş katibi həmçinin Ukrayna Ali Radasında çıxış edib.


Qeyd edək ki, Mark Rutte daha əvvəl dəfələrlə Kiyevdə səfərdə olub. O, sonuncu dəfə ötən ilin avqust ayında Ukrayna paytaxtına səfər etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031