Kraliça orduya yazıldı - Foto

7-02-2026, 18:51 476 dəfə baxılıb


Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı kraliça Maksima ehtiyat zabit olmaq üçün hərbi təlimlərə başlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, 54 yaşlı kraliça ölkənin təhlükəsizliyinə töhfə vermək məqsədilə bu qərarı verib.


O, hazırda fiziki hazırlıq, özünümüdafiə, nişançılıq, xəritə oxuma və hərbi hüquq üzrə təhsil alır. Təlimi başa vurduqdan sonra yüksəkrütbəli zabit hesab ediləcək, ehtiyac olan vaxtlarda xidmət edə biləcək.


Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, kraliçanın ordudakı təlim proqramı ehtiyat zabit olmaq üçün tələb olunan bütün nəzəri və praktiki hərbi bilikləri əhatə edir.


Qeyd edək ki, Kraliça Maksima ailədə hərbi xidmətə başlayan ilk şəxs deyil. Hollanda taxtının varisi, vəliəhd şahzadə Amalia da bu yaxınlarda orduda könüllü ehtiyat zabit kimi hərbi təlim keçib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031