İrandakı aksiyalara görə saxlanılan keçmiş deputat sərbəst buraxıldı

13-02-2026, 12:33 573 dəfə baxılıb

 

İran rəhbərliyi ölkədə baş verən etirazlar çərçivəsində saxlanılan parlamentin keçmiş üzvü İbrahim Əsgərzadəni və İslahatçılar Cəbhəsinin adı açıqlanmayan nümayəndəsini sərbəst buraxıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyinə onların vəkili Hocat Kermani açıqlayıb. 


Onun sözlərinə görə, onlar girov müqabilində azad olunublar. 


Qeyd edək ki, İbrahim Əsgərzadə 1988-ci ildən 1992-ci ilə qədər İran parlamentinin, 1999-2003-cü illərdə isə Tehranın şəhər şurasının üzvü olub. Beynəlxalq təşkilatların məlumatına görə, 2025-ci il dekabrın sonunda İranda başlayan və yanvarın sonuna qədər davam edən aksiyalarda 40 minə yaxın şəxs saxlanılıb. Onlardan bəzilərinə qarşı iğtişaşların təşkilində və terrorizmdə iştirakla bağlı ittihamlar irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031