Əfqanıstanda 500 musiqi aləti yandırıldı: "Əxlaqsızlıqla mübarizədir"

19-02-2026, 08:20 649 dəfə baxılıb

 

Əfqanıstanda "Fəzilətin Təbliği və Rəzalətin Qarşısının Alınması" Nazirliyinin əməkdaşları Pərvan əyalətində sakinlərdən müsadirə edilmiş 500 musiqi alətini yandıraraq məhv ediblər.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.


Nazirliyin rəsmisi Məqbul Əhməd Vaqas bildirib ki, müxtəlif mərasimlərdə, rəqs və şənliklərdə istifadə olunan bu alətlər son bir il ərzində toplanıb.


Vaqasın sözlərinə görə, bu addım əxlaqsızlıqla mübarizə tədbirləri çərçivəsində atılıb. O, yerli sakinləri şəriət qanunlarına zidd hesab edilən əşyalardan istifadə etməkdən çəkinməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031