İsraillə ABŞ İrana zərbə endirdi - Yenilənib - Video

28-02-2026, 11:09 758 dəfə baxılıb

 

İsrail İrana qabaqlayıcı zərbə endirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin Xarici İşlər Nazirliyi açıqlayıb. 


Bildirilib ki, Müdafiə Nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib.


“İsrail Dövləti ölkəyə qarşı təhlükəni aradan qaldırmaq məqsədilə İrana qarşı preventiv zərbə endirib. Müdafiə naziri İsrael Kats xüsusi Fərman imzalayıb və həmin Fərmana əsasən İsrail Dövlətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur”, - məlumatda vurğulanıb.


***


“New York Times” rəsmi mənbələrə istinadən İrana hücumda ABŞ-nin də iştirak etdiyini yazıb.


***


“Fars” agentliyinin məlumatına görə, Tehranla yanaşı, İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səsləri eşidilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031