Ərdoğan 43 milyon izlənən layihənin müəllifləri ilə görüşdü - Fotolar+Video

2-04-2026, 18:58 922 dəfə baxılıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ay Yola” musiqi qrupunu qəbul edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, görüş mətbuata bağlı şəkildə keçirilib.


Görüşdə kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran da iştirak ediblər.


Qeyd edək ki, “Ay Yola” iki musiqi qrupunun birləşməsi nəticəsində 2024-cü ildə yaranıb. Qrup Adel Şəyxetdinova, Ruslan Şəyxetdinov və Rinat Ramazanov olmaqla 3 nəfərdən ibarətdir. Qrupun “Homay” mahnısı ötən il qlobal trendə düşmüşdü. 


Əlavə edək ki, qədim türk inancına görə, Homay Ana Tanrı, həyat və yaxşılıqlar ilahəsidir.


Sözügedən ifa bugünədək yutub platformasında 43 milyondan çox baxış toplayıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031