ABŞ və İsrail İranı bombardman edir

4-04-2026, 14:23 926 dəfə baxılıb

 

ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr limanındakı neft-kimya müəssisələrinə zərbələr endirib.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xuzestan əyalətinin qubernator müavini məlumat yayıb.


Hücumlar nəticəsində azı 5 nəfərin yaralandığı bildirilir. 


Bundan başqa, İsrail Tehranda hava hücumundan müdafiə sistemləri və zenit raketlərinin saxlandığı anbarı hədəf alıb. Şəhərdə ballistik raketlərin saxlandığı obyektin, həmçinin silahların işlənib hazırlanması və istehsalı ilə bağlı bir neçə müəssisənin vurulduğu bildirilir. 


Digər bir hücum nəticəsində isə atılan mərmi “Buşehr” AES-in ərazisinə yaxın yerə düşüb. Hücum nəticəsində atom stansiyasının mühafizəçilərindən biri həlak olub, lakin əsas obyektlər zədələnməyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031