“Düşünürəm ki, anlaşılmazlıqlar aradan qaldırılıb”

6-04-2026, 16:26 924 dəfə baxılıb

 

“İran ABŞ və İsraillə münaqişə müddətində Azərbaycan və Türkiyə istiqamətində heç bir sursat atmayıb”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi SNN telekanalında videoyazısı yayımlanan mətbuat konfransı zamanı bildirib.


“Biz birbaşa bəyan etdik ki, İran tərəfindən Azərbaycan istiqamətinə heç bir sursat atılmayıb və düşünürəm ki, iki prezident və xarici işlər nazirləri arasında baş tutan danışıqlar anlaşılmazlıqları aradan qaldırıb. Türkiyəyə gəlincə, vəziyyət eyni idi: biz aydın şəkildə bəyan etdik ki, tərəfimizdən heç bir atəş açılmayıb və buna görə də hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı anlaşma mövcuddur, yaranan məsələlər isə aparılan danışıqlardan sonra həll edilib”, - Bəqayi deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031