Putinlə Pezeşkian telefonla danışdı

12-04-2026, 18:13 943 dəfə baxılıb

 

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, Vladimir Putin və Məsud Pezeşkian telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.


Dövlət başçıları aprelin 11-də İslamabadda keçirilən İran-ABŞ danışıqları ilə bağlı da müzakirə aparıb. İran prezidenti Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib. Pezeşkian həmçinin İran xalqına göstərilən humanitar yardıma görə Rusiyaya təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031