“Hörmüzü minalayanları öldürmək əmrini verdim” - Tramp

23-04-2026, 18:33 1 010 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina düzən istənilən İran qayığını dərhal məhv etmək əmri verdiyini açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.


O, paylaşımında İranın rəsmi hərbi donanmasının artıq mövcud olmadığını iddia edərək, hədəfdə kiçik sürətli qayıqların olduğunu vurğulayıb:


“Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazının sularına mina düzən hər hansı bir qayığı (hətta kiçik qayığı) vurmaq və öldürmək əmrini verdim. (Onların bütün hərbi gəmiləri – sayca 159-u da dənizin dibindədir!) Heç bir tərəddüd olmamalıdır! Əlavə olaraq, bizim “mina süpürənlərimiz” hazırda boğazı təmizləyirlər. Mən bu fəaliyyətin üçqat sürətlə davam etdirilməsini əmr edirəm”.


Qeyd edək ki, sözügedən bəyanat ABŞ hərbçilərinin Hind okeanında İrana məxsus növbəti neft tankerini ələ keçirməsindən və İranın Hörmüz boğazında iki ticarət gəmisinə nəzarəti ələ almasından dərhal sonra yayılıb. Pentaqonun hesablamalarına görə, boğazın minalardan tam təmizlənməsi təxminən 6 ay çəkə bilər ki, bu da dünya neft ticarətinə ciddi zərbə deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031