Pezeşkian Müctəba Xamenei ilə görüşdü

7-05-2026, 16:16 1 145 dəfə baxılıb

 

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Lideri Müctəba Xamenei ilə görüşüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti bəyanat yayıb.  


“Pezeşkian görüşün səmimi şəraitdə keçdiyini, müzakirələrin təxminən iki yarım saat davam etdiyini bildirib”, - məlumatda deyilir.


Qeyd edək ki, bu, Xamenei ilə Pezeşkianın şəxsi görüşü barədə ilk rəsmi məlumatdır. Martın 12-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai Ali Liderin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını təsdiqləmişdi. Hərbi əməliyyatların başlanmasından indiyədək Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb, onun bütün müraciətləri isə yazılı formada dərc edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031