Yenə tədbir zamanı mürgülədi - Video

12-05-2026, 08:36 1 215 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı kameralar qarşısında qısa müddət mürgüləyərkən görüntülənib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Oval ofisdə təşkil olunan proqramda “Medicare və Medicaid” Xidmətləri Mərkəzinin (CMS) direktoru Mehmet Öz, respublikaçı senator Keti Britt və ABŞ Səhiyyə Nazirliyinin rəsmisi Doroti Fink də iştirak edib.


Tədbir çərçivəsində amerikalı qadınları daha çox uşaq sahibi olmağa təşviq etmək məqsədilə hazırlanmış yeni internet platformasının təqdimatı keçirilib. Çıxışlar davam edərkən Trampın gözlərini yumduğu və yorğun göründüyü anlar kameralara əks olunub.


Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərdən sonra ABŞ mediasında Trampın son dövrlərdə ictimai tədbirlərdə tez-tez yorğun və halsız göründüyü ilə bağlı iddialar yenidən gündəmə gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031