ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq

13-05-2026, 09:22 1 223 dəfə baxılıb

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “MV Hondius” kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, o, Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür.


Qebreyesus İspaniyaya çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə təşəkkür edib və bunu “şəfqət və həmrəylik nümunəsi” adlandırıb.


ÜST rəhbəri hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini desə də, virusun uzun inkubasiya dövrünün narahatlıq yaratdığını vurğulayıb: “İnkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031