Kubadan ABŞ-yə sərt xəbərdarlıq

Bu gün, 08:27 1 323 dəfə baxılıb

 

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə qarşı mümkün hərbi müdaxilə təhdidlərinə sərt reaksiya verib. O, belə addımın regionda ciddi sabitlik pozuntusuna və “gözlənilməz qan gölünə” səbəb ola biləcəyini deyib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Kuba lideri sosial media hesabındakı paylaşımında ABŞ-nin təhdidlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.


Dias-Kanel Vaşinqtonu “planetin ən böyük gücü” adlandıraraq qeyd edib ki, ABŞ-nin Kubaya qarşı mümkün hərbi müdaxiləsi regional sülh və təhlükəsizlik üçün ciddi risk yaradır.


“Kubaya qarşı təhdidin özü belə beynəlxalq cinayət sayılır. Bu təhdidin həyata keçirilməsi regional sabitlik üçün dağıdıcı nəticələr doğura və gözlənilməz qan gölünə səbəb ola bilər”, – deyə o bildirib.


Kuba Prezidenti əlavə edib ki, ölkəsi heç bir dövlət üçün təhlükə yaratmır və ABŞ-yə qarşı aqressiv siyasət yürütmür. Onun sözlərinə görə, bunu Vaşinqton administrasiyası da yaxşı bilir.


Dias-Kanel həmçinin Kubanın uzun illərdir ABŞ-nin “çoxşaxəli təzyiqləri və təcavüzkar siyasəti” ilə üzləşdiyini qeyd edib. O vurğulayıb ki, ölkəsinin mümkün hücum qarşısında özünü müdafiə etməsi beynəlxalq hüquqa uyğun qanuni haqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031