“Ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”

26-05-2026, 08:20 1 432 dəfə baxılıb

 

“İranın zənginləşdirilmiş uranı ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.


O bildirib ki, zənginləşdirilmiş uran ya ABŞ-yə gətirilərək məhv edilməli, ya da İranla əməkdaşlıq çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında yerindəcə zərərsizləşdirilməlidir.


Trampın sözlərinə görə, bu proses İranla koordinasiya və beynəlxalq nəzarət mexanizmləri vasitəsilə həyata keçirilə bilər.


Qeyd edək ki, hazırda atəşkəs mərhələsində olan ABŞ-İsrail-İran xəttində gərginliyin davam etdiyi bir vaxtda İranın əlində olduğu bildirilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi danışıqların əsas mövzularından biri olaraq qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031