Rusiya Ermənistana xəbərdarlıq etdi - Məktub göndərildi

27-05-2026, 15:31 1 467 dəfə baxılıb

 

“İrəvan Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirərsə, Rusiya qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazırdır”. 


“Yenisirvanli.info.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu xəbərdarlıqla Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. 


“27 may tarixində Rusiyanın İrəvandakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyevin respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanlanmış məktubunu təqdim edib. Sənəddə Moskvanın enerji daşıyıcıları və almaz xammalının tədarükü sahəsində əməkdaşlığa dair 2 dekabr 2013-cü il tarixli hökumətlərarası sazişi yenidən nəzərdən keçirmək niyyəti qeyd olunub”, - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031