“Dünya münaqişə ssenarisi ilə gedir” - Aleksandr Lukaşenko

29-05-2026, 15:33 1 504 dəfə baxılıb

 

“Dünyada cərəyan edən geosiyasi proseslər hazırda eskalasiya və qarşıdurma yolu ilə – münaqişə ssenarisi üzrə inkişaf edir”.


“Yenisirvanli.info.az” “BelTA”ya istinadla xəbər verir ki, sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.


Qazaxıstanın paytaxtı Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edən Belarus lideri artan qlobal gərginliyin iqtisadiyyata mənfi təsirlərindən danışıb.


Lukaşenko xarici təzyiqləri və mənfi amilləri neytrallaşdırmaq üçün ölkələrin böyük resurslar itirmək məcburiyyətində qaldığını təəssüflə qeyd edib:


“Təəssüf ki, xarici amilləri balanslaşdırmaq üçün çox yayınmalı oluruq. Dünyada vəziyyət münaqişə ssenarisi üzrə inkişaf edir. Yaxın Şərqdəki hadisələr bir sıra ölkələr üçün yanacaq, mühüm materiallar və gübə rəqabətində qıtlığa səbəb olub. Böyük bir problemlər uçqunu işə düşüb və biz hələ tam bilmirik ki, bu zərbə məhz hara və hansı güclə dəyəcək”.


Belarus dövlət başçısı vurğulayıb ki, beynəlxalq arenadakı qeyri-sabitliyə baxmayaraq, üzv ölkələr fəaliyyət tempini azaltmamalı və Avrasiya İqtisadi İttifaqı haqqında müqavilədə nəzərdə tutulan hədəflərə doğru qətiyyətlə irəliləməlidirlər.


Xatırladaq ki, bundan əvvəl Aleksandr Lukaşenko rəsmi Minskə toxunulmayacağı təqdirdə Belarusun heç kimlə müharibə etmək niyyətində olmadığını bəyan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031