Dördüncü raund 9 saat çəkdi

30-05-2026, 08:21 1 496 dəfə baxılıb

 

ABŞ-də İsrail və Livan arasında keçirilən hərbi danışıqların dördüncü raundu 9 saatdan çox davam edib. Görüş Vaşinqtonda, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında baş tutub.


“Yenisirvanli.info.az” xəbər verir ki, danışıqlarda hər iki ölkənin hərbi nümayəndə heyətləri iştirak edib.


Görüş zamanı İsrail tərəfi “Hizbullah”la əlaqəli olduğunu iddia etdiyi mövqelərə dair xəritələr və kəşfiyyat məlumatları təqdim edib, həmçinin təşkilatın istifadə etdiyi pilotsuz uçuş aparatları məsələsini gündəmə gətirib.


Məlumatlara əsasən, İsrail təhlükəsizlik məsələləri ilə bağlı normallaşma addımlarının atılmasını tələb edib. Livan nümayəndə heyəti isə bunun hərbi deyil, siyasi qərar olduğunu bildirərək təklifi qəbul etməyib.


Bildirilir ki, hərbi danışıqların nəticələri ilə bağlı bu gün Vaşinqtondakı Livan səfirliyində əlavə qiymətləndirmə iclası keçiriləcək.


Xatırladaq ki, İsrailin mart ayında Livana qarşı genişmiqyaslı hava hücumlarından sonra ABŞ-nin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs əldə olunub. Sonuncu razılaşmaya əsasən, atəşkəs müddəti mayın ortalarında daha 45 gün uzadılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031