CIA-dan sonra general da Kubaya getdi

30-05-2026, 13:14 1 513 dəfə baxılıb

 

ABŞ və Kuba arasında təhlükəsizlik məsələləri üzrə yüksəksəviyyəli hərbi təmaslar davam edir.


“Yenisirvanli.info.az” xəbər verir ki, ABŞ Cənub Komandanlığının rəhbəri general Frensis Donovan Kubanın Quantanamo bölgəsində yüksəkrütbəli Kuba hərbi rəsmiləri ilə görüş keçirib.


Görüş ABŞ ilə Kuba arasında münasibətlərdə gərginliyin davam etdiyi bir dövrdə baş tutub.


ABŞ hərbi dairələrinin yaydığı məlumata görə, general Donovanın rəhbərlik etdiyi nümayəndə heyəti Kuba Silahlı Qüvvələrinin nümayəndələri, o cümlədən, general Roberto Leqra Sotolonqo ilə əməliyyat təhlükəsizliyi və sərhəd məsələlərini müzakirə edib. Donovan həmçinin Quantanamodakı ABŞ hərbi-dəniz bazasında təhlükəsizlik yoxlamaları aparıb.


Kubanın xarici işlər naziri Bruno Rodriges isə ABŞ mediasında və siyasi dairələrində səsləndirilən iddialara cavab olaraq bildirib ki, Kuba heç vaxt ABŞ üçün milli təhlükəsizliyə təhdid olmayıb və olmayacaq.


Bundan əvvəl, mayın 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Havanaya səfər etdiyi açıqlanmışdı.


Tərəflər görüşlərin məzmunu barədə ətraflı məlumat verməsələr də, hərbi və təhlükəsizlik kanalları üzrə dialoqun davam etdiyi vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031