Tramp İraq və Suriyanı ona tapşırdı

31-05-2026, 18:44 1 526 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Suriya və İraq üzrə yeni xüsusi elçinin adını açıqlayıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus “Truth Social” hesabında paylaşım edib.


Məlumata görə, bu vəzifəyə ABŞ-nin hazırda Türkiyədəki səfiri olan Tom Barrak təyin edilib.


Ağ Ev rəhbəri Barrakın hər iki missiyanı eyni vaxtda icra edəcəyini bildirib:


“Tom Türkiyədəki səfir vəzifəsində qalacaq və ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək. Biz Tom Barrakın gördüyü işləri və onun ölkəmizə xidmət etməyə hər zaman hazır olmasını yüksək qiymətləndiririk”.


Xatırladaq ki, T. Barrak ötən ilin mayından ABŞ-nin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031