ABŞ-İran münaqişəsi Avropada 1,3 milyon insanı işsiz qoya bilər

3-06-2026, 18:15 1 539 dəfə baxılıb

 

ABŞ və İran arasındakı münaqişə nəticəsində enerji daşıyıcılarının qiymətinin kəskin artması Avropa İttifaqında (Aİ) 1,3 milyona qədər iş yerinin itirilməsinə səbəb ola bilər.


“Yenisirvanli.info.az” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin məşğulluq və sosial hüquqlar üzrə komissarı Roksana Minzatu keçirdiyi mətbuat konfransında məlumat yayıb.


Komissar xüsusilə enerjitutumlu sənaye sahələrinin ciddi təhlükə altında olduğunu vurğulayıb:


“Yaxın Şərqdəki müharibə səbəbindən 1,3 milyona qədər iş yeri risk altındadır və biz ilk növbədə enerjitutumlu sənayedəki iş yerlərindən danışırıq”.


Avropa Komissiyasının proqnozlarına görə, ən böyük ixtisarlar 600 min iş yeri ilə avtomobil sənayesində gözlənilir. Bununla yanaşı, tikinti, metallurgiya, kimya və nəqliyyat sektorlarında ümumilikdə 56 min nəfərin işini itirə biləcəyi qeyd olunur.

Qlobal enerji böhranı Aİ-nin “yaşıl keçid” layihələrinə də zərbə vurub; batareya istehsalı layihələrində təxminən 85 min, günəş panelləri sənayesində isə 58 mindən çox iş yeri qapadılmaq təhlükəsi ilə üz-üzədir. Karbon qazı tullantılarının azaldılması tədbirləri fonunda isə polad istehsalı sektorunda əlavə 4500 iş yerinin ixtisara düşəcəyi proqnozlaşdırılır.


Xatırladaq ki, rəsmi Tehran böhranın uzanmasında birbaşa Vaşinqtonu ittiham edib. İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai ABŞ-nin danışıqlarda davamlı olaraq mövqe dəyişdiyini, ziddiyyətli tələblər irəli sürdüyünü və media vasitəsilə razılaşdırılmamış mesajlar yayaraq prosesi bilərəkdən ləngitdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930