Macarıstan ikiillik vetonu geri götürür

4-06-2026, 10:41 1 538 dəfə baxılıb

 

Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olmaq prosesinə iki ildir qoyduğu vetonu geri götürmək qərarına gəlib.


“Yenisirvanli.info.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Ukrayna və Macarıstandan olan ekspertlərin Ukraynada yaşayan macarların haqları barədə keçirilən görüşündən sonra məlum olub. 


Vetonun götürülməsi Ukrayna və Moldovaya Aİ-yə üzv olmaqla bağlı danışıqların ilk blokuna rəsmi olaraq başlamağa imkan verir. 


Macarıstan Baş naziri Peter Madyar isə öz növbəsində Ukraynadakı 100 minlik macar milli azlığının dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsinə dair Kiyevlə hərtərəfli razılaşma əldə olunduğunu bəyan edib.


Qeyd edək ki, avropalı diplomatlar Aİ ölkələrinin iyunun 15-də keçiriləcək hökumətlərarası konfrasda Ukrayna və Moldova üçün danışıqların ilk blokunun başladılmasını təsdiq edəcəklərini güman edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930