Xamenei 2 min məhbusu əfv etdi

5-06-2026, 18:24 1 556 dəfə baxılıb

 

İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.


Bildirilir ki, Ali rəhbər ölkənin Məhkəmə Hakimiyyətinin başçısı Qulam Hüseyn Möhsəni-Ejeinin bununla bağlı rəsmi müraciətini təmin edib. Bu addım cari ilin mart ayında ölkənin rəhbəri seçilən Müctəba Xameneinin fəaliyyəti dövründə imzaladığı ilk kütləvi əfv fərmanı kimi tarixə düşüb.


Sözügedən amnistiya qərarı müqəddəs Qurban bayramı və ardınca gələn Qədir-Xum bayramı ərəfəsində qəbul edilib.


Xatırladaq ki, Böyük Britaniyanın “The Sun” qəzeti martın 12-də yaydığı məlumatda İrana endirilən aviazərbələr nəticəsində Xameneinin ağır yaralandığını və bir və ya hər iki ayağını itirdiyini iddia etmişdi. Hadisədən bir müddət sonra İran Prezidenti xəstəxanada müalicə alan yaralı Ali rəhbərə baş çəkmiş və onunla görüşmüşdü.


Məlumat üçün qeyd edək ki, 56 yaşlı M. Xamenei bu il martın 8-də İranın yeni Ali rəhbəri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930