ABŞ-də festival zamanı silahlı hücum - Yaralılar var - Anbaan video

7-06-2026, 10:25 1 574 dəfə baxılıb

 

ABŞ-nin Ohayo ştatında keçirilən açıq hava festivalı zamanı baş verən silahlı hücum nəticəsində çoxlu sayda insan yaralanıb.


“Yenisirvanli.info.az”ın məlumatına görə, hadisə yerli vaxtla saat 17:30 radələrində Toledo şəhərində baş verib.


Toledo Polis İdarəsinin yaydığı məlumata görə, atışma şəhərdə təşkil olunan “Old West End” festivalının yaxınlığındakı küçədə qeydə alınıb.


Hücum zamanı yaralanan şəxslər təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralıların sayı və vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


Hadisədən sonra əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Hücumun baş verdiyi küçənin giriş və çıxışları bağlanıb, sakinlərdən və festival iştirakçılarından bölgədən uzaq durmaları istənilib.


Polis hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını davam etdirir. Hücumun motivi hələlik məlum deyil.


İlkin məlumatlara əsasən, festivalın keçirildiyi ərazidə ardıcıl atəş səsləri eşidilib və izdiham arasında böyük təşviş yaranıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930