Seçkiləri pozmaq istəyən - 6 nəfər saxlanıldı

7-06-2026, 15:18 1 580 dəfə baxılıb

 

Ermənistanda keçirilən seçkiləri zamanı qanun pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) onlarla şikayət daxil olub, saxlanılanlar var.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ermənistan DİN-in yaydığı rəsmi məlumatda bildirilir.


Nazirliyin açıqlamasına görə, saat 14:00-a olan vəziyyətə əsasən, səsvermə prosesində qeydə alınan pozuntularla bağlı indiyədək 29 rəsmi siqnal daxil olub. Hüquq-mühafizə orqanlarının dərhal həyata keçirdiyi operativ tədbirlər nəticəsində daxil olan müraciətlər üzrə artıq 6 nəfər saxlanılıb.


Bundan əlavə, seçki prosesində qeydə alınan digər mümkün qanun pozuntuları və insidentlərlə bağlı daha 121 müraciət araşdırılması üçün emal mərhələsindədir. Daxil olan şikayətlər əsasında araşdırmaların davam etdiyi bildirilir.


Xatırladaq ki, bu gün Ermənistanda yerli idarəetmə orqanları ilə yanaşı, gərgin siyasi mübarizə fonunda parlament seçkiləri də keçirilir və gün ərzində müxtəlif məntəqələrdə həbslər qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930