İsraildən onlara xəbərdarlıq - “Təcili şəhəri tərk edin”

7-06-2026, 16:12 1 585 dəfə baxılıb

 

İsrail ordusu Livanın Sur şəhərinin sakinlərini gözlənilən hava zərbələri barədə xəbərdar edərək onlardan təcili olaraq şəhəri tərk etmələrini tələb edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) sözçüsü Avixay Edri özünün “X” hesabında ərəb dilində paylaşdığı rəsmi bəyanatda məlumat yayıb.


Edri hələ də ərazini tərk etməyənlərə müraciət edərək təhlükənin ciddiliyini vurğulayıb:


“Evlərini hələ də tərk etməyənlər təcili olaraq getməyə tələsməlidirlər. Təhlükəli zonalarda qalmaq sizin və ailənizin həyatını birbaşa riskə atacaq”.


Məlumata görə, 130 mindən çox əhalisi olan Sur şəhəri ilə yanaşı, onun Zuqaq əl-Mufdi və Əl-Bass qəsəbələri də bombardman ediləcək. İsrail tərəfi iddia edir ki, hücumların məqsədi atəşkəs rejimini pozmağa davam edən “Hizbullah” qruplaşmasının hərbi infrastruktur obyektlərini məhv etməkdir.


Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraili qoşunlarını Livandan çıxarmağa çağırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031