Miqrantlara qarşı etirazlar iğtişaşlara çevrildi - Fotolar

Bu gün, 14:18 1 608 dəfə baxılıb


Şimali İrlandiyanın paytaxtı Belfastda miqrasiya əleyhinə etirazlar iğtişaşlara çevrilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.


Bildirilir ki, kütləvi iğtişaşlar 30 yaşlı sudanlının şübhəli bilindiyi bıçaqlı hücum hadisəsindən sonra baş verib. Belə ki, hadisə ultrasağçı fəalların çağırışı ilə miqrasiya əleyhinə etirazlara səbəb olub.


Etirazçılar evləri, avtomobilləri, avtobusları, zibil qutularını yandırıb və yolları bağlayıblar. İğtişaşlar zamanı mağazalar qarət edilib.


Polis və yerli hakimiyyət orqanları vətəndaşları sakitliyi qorumağa və internetdə yayılan təxribat xarakterli çağırışlara uymamağa çağırıb.


Qeyd edək ki, bıçaqlı hücum hadisəsi Belfastda yaşayış kompleksi yaxınlığında baş verib. Zərərçəkmiş kişi üzündən, gözlərindən və kürəyindən ağır bıçaq yaraları alıb. Şübhəli şəxsə qarşı qəsdən adam öldürməyə cəhd, qanunsuz bıçaq daşıma və ölümlə hədələmə ittihamları irəli sürülüb. Polis şübhəli şəxsə 2023-cü ildən Böyük Britaniyada yaşamaq icazəsi verildiyi barədə məlumat yayıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930