“Ukraynanın Aİ-yə üzvlüyü Polşa kənd təsərrüfatı üçün təhlükədir”

20-06-2026, 13:43 1 687 dəfə baxılıb

 

Polşa Prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün Polşa kənd təsərrüfatı üçün təhlükə yaratdığını bəyan edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə o, videobəyanatında bildirib.


Navrotskinin sözlərinə görə, Varşava Kiyevin istəklərini anlayışla qarşılayır, lakin Polşa fermerlərinin və kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqları onlar üçün daha üstündür. 


O, Polşanın öz kənd təsərrüfatını “ideologiyaya” və ya xarici qərarlara qurban verməməli olduğunu əlavə edib.


Xatırladaq ki, daha əvvəl Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Buna etiraz olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezident aparatının rəhbəri Kirill Budanov onlara verilmiş Polşa dövlət mükafatlarından imtina ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031