“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

22-06-2026, 08:13 1 692 dəfə baxılıb

 

“Tehran İsveçrədə keçirilən müzakirələr zamanı, Qətər və Pakistanın vasitəçiliyi sayəsində neft ixracı və İranın dondurulmuş aktivlərinin açılması da daxil olmaqla bir sıra məsələlər üzrə razılıq əldə edib”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.


O qeyd edib ki, Pakistan və Qətərin vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.


“Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üçün genişmiqyaslı plan işə salınıb”, - Əraqçi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031