Vaşinqtonda beşinci dəfədir görüşürlər

23-06-2026, 18:39 1 707 dəfə baxılıb

 

ABŞ-nin himayəsi altında Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların 5-ci raundu başlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Livan mənbələrinin paylaşdığı məlumata görə, tərəflər arasındakı müzakirələrin yeni mərhələsinə ABŞ Dövlət Departamentində start verilib.


Məlumata görə, hazırkı görüşdə iki ölkə arasındakı atəşkəsin gedişatına dair mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir. Danışıqlarda iştirak edən şəxslərin adları hələlik rəsmən açıqlanmasa da, əvvəlki mərhələlərdə yer alan nümayəndə heyətlərinin yenidən müzakirələrdə olduğu ehtimal edilir.


Qeyd edək ki, ABŞ Dövlət Departamenti 23-25 iyun tarixlərində Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının 5-ci raundunun keçiriləcəyini daha əvvəl elan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031