İsrail Livanda həmin ərazilərə nəzarəti yerli hərbçilərə təhvil verə bilər

24-06-2026, 19:48 1 717 dəfə baxılıb

 

İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail ordusunun Livanın cənubunda nəzarətdə saxladığı ərazinin bir hissəsini yerli hərbçilərə təhvil verməsi ideyasını müzakirə edirlər.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan və İsrail mənbələrinə istinadən məlumat yayıb. 


Bildirilib ki, Vaşinqtonun dəstəklədiyi plana əsasən, ərazidə yerləşdiriləcək Livan hərbçiləri əvvəlcə ABŞ-nin təşkil etdiyi hazırlıq və yoxlamadan keçməlidirlər. Bu yolla həmin hərbçilərin “Hizbullah” hərəkatı ilə əlaqəsinin olmadığını müəyyən etmək planlaşdırılır. İsrail isə öz növbəsində Livanla sərhəddəki bufer zonada hərbi mövcudluğunu qorumalıdır.


Xatırladaq ki, iyunun 23-də ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların 5-ci raundu başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031