ABŞ İranın obyektlərinə zərbələr endirdi

27-06-2026, 09:17 1 709 dəfə baxılıb

 

ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İranın bir sıra obyektlərinə zərbələr endirib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.


Daha sonradan ABŞ-nin hərbi komandanlığı məlumatı təsdiqləyib. 


Bildirilib ki, ABŞ-nin zərbələri İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Hörmüz boğazından keçən kommersiya gəmisinə hücumuna cavab xarakteri daşıyır: “ABŞ Mərkəzi Komandanlığının qüvvələri iyunun 26-da Hörmüz boğazından keçən kommersiya gəmisinə həyata keçirilən hücuma qəti cavab olaraq İrana zərbələr endirib”.


Komandanlığın məlumatına görə, ABŞ hərbçiləri əsas olaraq İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərini hədəfə alıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031