Fransada paraşütçüləri daşıyan təyyarə qəzaya düşdü - Sağ qalan yoxdur

28-06-2026, 16:49 1 723 dəfə baxılıb


Fransanın Tomblen qəsəbəsində paraşütçüləri daşıyan kiçik mülki təyyarə qəzaya uğrayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, nəticədə göyərtədə olan 11 nəfərin hamısı həlak olub.


İlkin məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb və alovlanıb.


Qəzaya uğrayan təyyarədə 1 pilot, 5 paraşüt təlimatçısı və tandem paraşütü ilə ilk dəfə tullanmağa hazırlaşan 5 nəfər olub.


Hadisə yerinə xilasedicilər, çoxsaylı yanğınsöndürən və tibbi briqadalar cəlb edilib.


Fransa Mülki Aviasiya Təhlükəsizliyi Bürosu hadisənin səbəbləri haqda araşdırmalara başlayıb.


Qəza Fransada son illərin ən ağır paraşüt aviasiyası hadisələrindən biri hesab olunur.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031