İsrail Suriyaya hava zərbələri endirdi

13-03-2025, 20:11 170 dəfə baxılıb

 

 

İsrailin hərbi təyyarələri Dəməşqə hava hücumu edib.

SANA bildirib ki, hücumlar paytaxt Dəməşqdən 103 km cənubda yerləşən Dera əyalətinin şimalındakı iki şəhəri vurub.

İsrail mediası isə açıqlayıb ki, hava hücumları Suriyadakı üsyançı qrupların “ələ keçirməyə çalışdığı” Əsəd rejimi ordusunun postlarını, silah anbarlarını, radarlarını, tanklarını və artilleriyasını hədəf alıb. İsrail Suriyanın paytaxtında “İslami Cihad” qruplaşmasının binasına hava zərbəsi endirdiyini iddia edib.

Hərbi bəyanatda zərbənin kəşfiyyat məlumatlarına əsaslandığı bildirilib və hədəf alınan bina qrup üçün “komanda mərkəzi” adlandırılıb.

İsrailin müdafiə naziri İsrael Katz Təl-Əvivin Suriyanın İsrailə qarşı təhdid olmasına imkan verməyəcəyini açıqlayıb.

Qruplaşma öz növbəsində İsrailin iddialarını rədd edərək, vurulan ərazinin boş bir bina olduğunu açıqlayıb.

Suriyanın dövlət xəbər agentliyi SANA İsrailin Dəməşqin kənarındakı Dummar Layihəsi ərazisindəki binaya hücumunu təsdiqləyib.

Xəbərlərə görə, İsrail həmçinin Suriyadakı hərbi obyektləri və aktivləri, o cümlədən döyüş təyyarələri, raket sistemləri və hava hücumundan müdafiə qurğularını hədəf alan yüzlərlə hava hücumu təşkil edib. /Qafqazinfo

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031