Rekord istilər meyitxanalarda yer qoymadı

1-07-2026, 08:17 1 722 dəfə baxılıb

 

Fransanı bürüyən rekord istilər ölüm hallarını kəskin artırıb. Nəticədə paytaxt Paris yaxınlığındakı dəfn evləri və meyitxanalar tam dolub, bəzi müəssisələr isə yeni cəsədləri qəbul edə bilmədiklərini bildirirlər.


“Yenisirvanli.info.az” xəbər verir ki, Parisin Orli əyalətində yerləşən dəfn müəssisəsinin sahibi Züheyr Hertelli bildirib ki, morqdakı 32 nəfərlik yerin hamısı dolub.


O, təkcə həftəsonu ərzində 150 müraciəti geri çevirmək məcburiyyətində qaldığını deyib:


“Tamamilə yüklənmiş durumdayıq. Ailələr, qocalar evləri, polis və bələdiyyələr bizə zəng edir. İnsanlar çıxılmaz vəziyyətdədir”.


Ölkənin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, ötən çərşənbədən bazar gününədək ölkədə təxminən 1000 əlavə ölüm qeydə alınıb.


Rəsmilər bu rəqəmin hələ yekun olmadığını və artacağını istisna etmirlər. Ölənlərin əksəriyyətini yaşlılar təşkil edir.


Meteoroloqlar havanın nisbətən sərinləşməsinə baxmayaraq, həftəsonundan etibarən Fransada yenidən temperaturun yüksələcəyini proqnozlaşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031