Fransa yeni prezidentini bu tarixlərdə seçəcək

1-07-2026, 09:32 1 732 dəfə baxılıb

 

Fransada növbəti prezident seçkiləri 2027-ci il 18 aprel və 2 may tarixlərinə (birinci və ikinci turlar - red.) planlaşdırılıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb. 


Bildirilib ki, seçkilərin tarixləri ilə bağlı rəsmi qərar Nazirlər Şurasının iyulun 1-də keçiriləcək iclasında qəbul edilməlidir.


Seçkilər hazırkı dövlət başçısı Emmanuel Makronun sonuncu, ikinci prezidentlik müddətinin mayın 14-də başa çatmasından 12 gün əvvəl yekunlaşacaq.


Nəşrin məlumatına görə, hökumət seçkilərin keçirilmə tarixləri üçün iki variant nəzərdən keçirib. Belə ki, səsverməni aprelin 11-i və 25-inə təyin etmək və ya tarixləri bir həftə irəli çəkmək təklif olunub. Nəticədə ikinci varianta üstünlük verilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031